Fransada daha bir abidə təhqir edildi

Fransanın La Roş-syur-Yon şəhərində vandallar yəhudi-fransızəsilli siyasətçi və yazıçı Simon Veylin abidəsini təhqir ediblər.

Globalinfo.az xəbər verir ki, vandallar abidənin yanına qırmızı boya töküb, gəlinciklər atıblar.

Şəhər meri hadisə ilə bağlı polisə şikayət edib.

Xatırladaq ki, son zamanlar Fransada abidələrə qarşı belə davranış geniş yayılıb. Evian-le Bən şəhərində ucaldılmış Xurşidbanu Natəvanın heykəli də bir neçə dəfə vandallar tərəfindən təhqir edilib.