paris 9

Fransada Baş nazirin xidmətlərində çalışan bir neçə dövlət qulluqçusunun intihar etməsi və ya buna cəhd göstərməsindən sonra Paris Prokurorluğu “mənəvi təzyiq” və “başqalarının həyatını təhlükəyə atma” iddiaları üzrə istintaqa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Araşdırma iyunun 25-də Baş nazirin yazışmalar xidmətində çalışan və təhlükəsizlik səbəbindən adı dəyişdirilmiş Flore adlı dövlət qulluqçusunun dörd rəhbəri barəsində verdiyi şikayətdən sonra açılıb.

O, rəhbərlik tərəfindən uzun müddət sistemli psixoloji təzyiqə məruz qaldığını bildirib. Flore iki ay əvvəl Parisdə dəmiryol relslərinin üstünə atılaraq intihara cəhd göstərib, son anda xilas edilib.

Həmin gün Baş nazirin xidmətlərində çalışan işçilərin nümayəndəsi də prokurorluğa müraciət edərək, işəgötürənin əməkdaşları qorumaq öhdəliyini yerinə yetirmədiyini iddia edib. Müraciətdə son aylarda müxtəlif dövlət xidmətlərində 2 intihar, 2 intihara cəhd və 2 şübhəli ölüm hadisəsinin qeydə alındığı diqqətə çatdırılıb.

Paylaş: