ABŞ səfirliyi öz vətəndaşlarını seçki günü Gürcüstanda diqqətli olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi öz vətəndaşlarına elektron məktub göndərərək xəbərdarlıq edib.
Məlumatda Gürcüstanda yaşayan amerikalılara oktyabrın 26-da insanların çox olduğu yerlərə getməmək tövsiyə olunur.
Buna səbəb seçki günü mitinqlərin keçirilməsi, eləcə də gərginliklərin yaşanması ehtimalıdır.
“Keçmişdə Gürcüstanda zorakılıqları ehtiva edən etirazlar baş verib. Odur ki, indi də etirazların və polislə qarşıdurmanın baş verməsi mümkündür”, – bəyanatda deyilir.
Diplomatik missiya amerikalıları izdihamlı yerlərdə ayıq-sayıq olmağa, etirazların keçirildiyi yerlərdən qaçmağa, mitinqin episentrində olmamağa və təmkinli davranmağa çağırır.
Müşviq Tofiqoğlu
Globalinfo.az