Fransada Azərbaycana qarşı toksik lobbiçilik var – Natali Qule

Fransada – mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu XI Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Fransa Senatının üzvü Natali Qule bildirib.

Natali Qule bu gün beynəlxalq hüququn işləmədiyini bildirib: “Fransada – mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var. Dünyanın belə vəziyyətə gəlməsinin səbəbi liderliyin olmamasıdır. Dünya dəyişib, terrorizm, ekstremizm artıb. Vətəndaş cəmiyyətinin rolu artmalıdır. Mən sizinlə üzrxahlığımızı da bölüşmək istəyirəm”.