Fransa Ukraynaya zirehli maşınlar verəcək

Fransa Ukraynaya AMX-10 zirehli maşınlarının tədarükünə başlayacaq.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, onların ilk partiyası gələn həftənin sonunda Kiyevə təhvil veriləcək.

İlk partiyada Ukraynaya nə qədər zirehli maşın göndəriləcəyi dəqiq açıqlanmayıb.

Qeyd edək ki, altı təkəri olan AMX-10-u bəzən “yüngül tanklar” adlandırırlar. AMX-10 kəşfiyyat, piyadalara dəstək üçün və yüngül təkərli özüyeriyən artilleriya qurğuları kimi istifadə edilə bilər.