scale 1200

Fransa parlamenti hökumətə etimadsızlıq səsverməsi ilə bağlı qətnaməni rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Solçu “Müxalif Fransa” partiyası Baş nazir Fransua Bayrunun parlamenti heçə sayaraq 2025-ci il üçün büdcəni təsdiqləməsindən sonra qanunverici orqana iki qətnamə təqdim edib.

İkinci qətnamə daha sonra aşağı palatada səsverməyə çıxarılacaq.

Qətnamənin lehinə yalnız 128 parlamentari çıxış edib, etimadsızlıq səsverməsi üçün isə Milli Assambleyanın 577 üzvündən azı 289-nun səsi tələb olunub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: