Fransa iki türk ölkəsinə öz qırıcılarını təklif edir

Fransa Qazaxıstan və Özbəkistana öz “Rafale” qırıcılarını təklif edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “La Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransanın “Dassault Aviation” şirkəti bu istiqamətdə “bir neçə aydır” işləyir, Qazaxıstan və Özbəkistan isə “Rafale” qırıcıları ilə maraqlanmağa başlayıblar.

“La Tribune” Özbəkistanın 24-ə qədər döyüş təyyarəsi ala biləcəyini qeyd edib. Eyni zamanda, ola bilsin ki, Daşkənd başqa ölkələrdə istehsal olunan təyyarələrə də baxsın.

Qazaxıstan da döyüş təyyarələri parkını yeniləmək niyyətindədir, lakin bu ölkəyə “Rafale” qırıcılarının tədarükü perspektivləri “daha ​​uzaq görünür”.