hormuz 5

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə mümkün əməliyyata hazırlıq çərçivəsində hərbi mövcudluğunu artırır.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “France24” Yelisey Sarayına istinadən məlumat yayıb. Qeyd olunur ki, bu çərçivədə ölkənin “Şarl de Qoll” aviadaşıyıcı gəmisi Qırmızı dənizin cənub hissəsinə göndərilib.

Fransa prezidentinin köməkçisi bildirib ki, bu addım təkcə əməliyyat hazırlığı deyil, həm də mesaj xarakteri daşıyır:

“Bu addım Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə yalnız hazır deyil, həm də buna qadir olduğumuzu göstərmək məqsədi daşıyır”.

Qeyd edək ki, regionda artan gərginlik fonunda Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyi əsas gündəm mövzularından biri olaraq qalır.

Tahir Turan
Globalinfo.az

Paylaş: