Fransa dövlət resurslarına kütləvi kiberhücum – saytlar çökdü

Ötən gün axşam saatlarından başlayaraq Fransanın dövlət qurumlarının onlayn resurslarına kütləvi kiberhücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Problemin həlli üçün böhran mərkəzi yaradılıb.

Mütəxəssislərin həyata keçirdiyi tədbirlər nəticəsində hücumların intensivliyi azalıb, dövlət qurumlarının saytlarına giriş qismən bərpa edilib.