Beynəlxalq ictimaiyyət Ukraynadakı situasiyanın sülh danışıqlarına qayıtması üçün bütün şəraiti yaratmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Katrin Kolonna deyib.
Onun sözlərinə görə, hazırda Ukraynadakı situasiya dialoq üçün qətiyyən uyğun deyil. O, G7 ölkələrinin Moskvanın Ukraynadan qoşunlarını aparması məsələsində mövqeyinin eyni olduğunu bildirib.
Kolonna həmçinin Çinin Rusiyaya beynəlxalq hüququn normalarına əməl etməsi barədə mümkün siqnalın ötürülməsini tədqiq etdiyini söyləyib. Fransa XİN-in rəhbəri bunun Prezident Emmanuel Makronun Pekinə səfərindən sonra baş tutduğunu qeyd edib.
Xatırladaq ki, Makron keçən həftə Çində səfərdə olub. Səfərdən sonra o, yenidən Avropa Birliyinin strateji avtonomiyası tezisini aktivləşdirməyə başlayıb. Bu isə Makronun Pekində ABŞ-a qarşı razılaşdığına dair iddiaları artırıb.
İlkin Həsənov
Globalinfo.az