Aİ-dən Ermənistana “yaşıl işıq”: Rusiya ilə davam et

“Əgər Ermənistan öz torpaqlarında rus əsgərlərinin olmasını istəyirsə, bu, onun suveren qərarıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər üzrə baş sözçüsü Peter Stano deyib.

“Avropa İttifaqı elə bir oyunçu deyil ki, Ermənistan Rusiya ilə işləmək istəsə buna maneə yaratsın və ya qadağa qoysun. Biz inklüziv əməkdaşlığın tərəfdarıyıq. Əgər Ermənistan Rusiya ilə əməkdaşlığın vacib və ya faydalı olduğuna inanırsa, o zaman bunu davam etdirə bilər. Bir şərtlə ki, bu, Aİ siyasətinə zidd olmasın”.

“Ermənistanın qərblə sıx əlaqələr qurması, hər hansı digər tərəfdaşlarla münasibətlərini kəsməsi anlamına gəlmir. Ermənistan ərazisində rus əsgərlərinin, yaxud hüquq-mühafizə orqanlarının olması İrəvanın suveren qərarıdır. Biz Aİ ilə münasibət qurmaq üçün ruslardan qurtulmalı olduqlarını Ermənistan rəhbərliyindən tələb etmirik. Avropa İttifaqı belə işləmir”, – deyə Peter Stano vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az