Fransa “demokratiyası” yerə çırpıldı – VİDEO

Sosial şəbəkələrdə Fransa polisinin törətdiyi vəhşilikləri əks etdirən video yayılıb.

Globalinfo.az xəbər verir ki, polislər pensiya yaşının artırılması ilə bağlı etiraz aksiyası keçirən minlərlə nümayişçini döyərək ərazidən uzaqlaşdırmağa çalışıb.

Görüntülərdə polisin qadını var gücü ilə yerə atması əks olunub. Nəticədə kəllə-beyin travması alan qadın ayağa qalxa bilməyib.

Sözügedən hadisələr dünya media və sosial seqmentində etirazla qarşılanıb. Ekspertlər başqa ölkələri antidemokratiyada ittiham edən rəsmi Parisin vətəndaşlarına qarşı zorakılığının qəbuledilməz olduğunu deyiblər.

Zaira Akifqızı
Globalinfo.az