Rusiya XİN: Dünya Ukraynanı bu imkandan məhrum etməlidir

“Dünya Ukraynanı Rusiyanın nüvə obyektlərində terror aktları törətmək imkanından məhrum etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumların günahı Kiyevi silahla təmin edən dövlətlərin üzərinə düşür.

“Dünya birliyi, beynəlxalq təşkilatlar və MAQATE Kiyevi nüvə obyektlərində terror aktları törətmək imkanından məhrum etməlidir. ABŞ və onun Qərbdəki müttəfiqləri tərəfindən dəstəklənən Ukrayna nüvə terroru yoluna qədəm qoyduğunu açıq şəkildə göstərir. Rusiya MAQATE-nin baş direktoru Rafael Qrossidən ictimai və dürüst reaksiya gözləyir. Zelenski və onun ətrafının Rusiyanın nüvə obyektinə hücumlarda rolunun gizlədilməsinə töhfə verən hər kəs Ukraynanın cinayət əməllərinin ortağı sayılır”, – bəyanatda vurğulanır.

Əliyar Xəlil
Globalinfo.az