9f5acfcb b4e8 4f3e bb0a 08282a4fd380 scaled

Daim Bakıda və bölgələrdə sosial layihələrə dəstək olan “Final çay” yenə maraqlı bir layihəyənin dəstəkçiləri sırasındadır.

Globalinfo.az bildirir ki, Füzuli şəhərində 15-18 avqust tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən “Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı.

Tədbir günlərində tanınmış mədəniyyət və incəsənət xadimləri ustad dərsləri keçib və iki böyük konsert təşkil olunub.

Uşaqlar “Füzulidə yay məktəbi” layihəsi çərçivəsində bir çox mövzularda həm maariflənib, həm çox əylənib, həm də yeni insanlar tanıyıb.

Bir neçə gün davam edən tədbirdə qonaqları əsrarəngiz dadı və qoxusu ilə əsl Şri Lanka çayı olan “Final” çay müşayiət edib. Xüsusilə “Final çay”ın Çaybulans maşını gələn qonaqları pürrəngi çayla təmin edib.

Qeyd edək ki, 30 ilə yaxındır ki, istehlakçılara təqdim edilən “Final çay” artıq bir klassikaya çevrilib. Müasir texnologiyaların tətbiqi ilə istehsal edilən bu marka yüksək keyfiyyəti ilə hər kəsin sevimlisi olmağa davam edir.

f8f8d412 0ec4 4c63 8f00 b8cc93276d4c scaled 26405329 af8d 423d af5f 574ba4d60dd3 scaled 3469a47f c86d 4947 95be 8a28727d901b scaled 512b1d3d 4f9c 41c4 a1ae 8d1d4f698da9 scaled 6c6198a2 e856 4ba6 8d8e 38c6c8a2aea3 scaled

Paylaş: