Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamının icrasına başlanılır.
Globalinfo.az-ın xəbərinə görə, dövlət başçısının Sərəncamı ilə əfv olunan Hikmət Bayramov “Qafqazinfo”ya bildirib ki, o, 2024-cü ildə məhkum olunub.
“Allah Prezidentin canını sağ eləsin, bizi əfv etdi, ailəmizə qovuşduq”, – o qeyd edib.
Keçmiş məhkum İlqar Süleymanzadə isə deyib ki, 2022-ci ildə məhkum edilib və 1 il çəkilməmiş cəzası qalıb: “Azadlığa çıxmağımdan ailəmin xəbəri yoxdur. Onlara sürpriz edəcəyəm”.
