rehbed

Xəbər verdiyimiz kimi, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir.

Bu səfəri necə dəyərləndirmək olar? Yaxın gələcəkdə Bakı və İrəvan arasında xarici kəşfiyyat sahəsində əməkdaşlıq mümkündürmü? Belə əməkdaşlıq xalqımıza qarşı cinayətlər törətmiş, hazırda xaricdə gizlənən erməni terrorçuların müəyyən edilərək həbs olunmasına və Bakıya təhvil verilməsinə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, bu, iki ölkə arasındakı münasibətlərdə son illərdə baş verən müəyyən dəyişikliklərin göstəricisidir:

“Artıq tərəflər arasında münasibətlərin normallaşması və bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın formalaşması istiqamətində müəyyən irəliləyiş var. Bu baxımdan, gələcəkdə AzərbaycanErmənistan ilə təhlükəsizlik sahəsində əməkdaşlıq da mümkün ola bilər. Bunun üçün ilk növbədə iki ölkə arasında sülh müqaviləsi imzalanmalı və münasibətlər normallaşmalıdır. Daha sonra qarşılıqlı etimad formalaşarsa, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün imkan yarana bilər”.

oqtay qasimov 11 900x598 1

Oqtay Qasımov

Politoloq xatırladıb ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb:

Ermənistan cəmiyyətinin, eləcə də hakimiyyətinin bu istiqamətdə belə addımlara tam hazır olduğunu söyləmək çətindir. Gələcəkdə proseslərin necə inkişaf edəcəyini, o cümlədən xalqımıza qarşı cinayətlər törədən erməni terrorçuların Bakıya təhvili barədə indidən fikir söyləmək mümkünsüzdür. Münasibətlər normallaşarsa və qarşılıqlı etimad möhkəmlənərsə, gələcəkdə təhlükəsizlik sahəsində də əməkdaşlıq imkanları yarana bilər. Ancaq yaxın perspektivdə bunu real hesab etmək o qədər də uyğun deyil”.

Ləman İmran
Globalinfo.az

Paylaş: