FHN: “Qarabağda tikinti işlərinə dövlət nəzarəti təmin olunub”

“Qarabağda aparılan bütün tikinti işlərinə dövlət nəzarəti təmin olunub” .

Globalinfo.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

“Dadaşov adına İnşaat Materialları Elmi-Tədqiqat İnstitutunun Şuşa şəhərində təcrübə-sınaq laboratoriyası yaradılıb. Laboratoriya vasitəsilə ərazidə olan köhnə tikililər müayinə olunur, yeni tikinti meydançalarında sınaq işləri aparılır, təcrübələrin nəticələri vaxtı-vaxtında inşaatçılara çatıdırılır”, – deyə E. Əsədov qeyd edib.