FHN-in növbəti humanitar yardımları hava yolu ilə Türkiyəyə yola salınıb.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınır.
FHN rəsmisi Ərəstun Əliyev APA-ya bildirib ki, yardıma 1 ədəd mobil səhra hospitalı, çadır və qızdırıcılar daxildir. Ötən gün göndərilən mobil hospital hazırda fəlakət zonasında fəaliyyət göstərir.
***19.18
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
“Belə ki, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür”, – məlumatda deyilir.
