FHN əhaliyə xəbərdarlıq etdi – İyunun 9-dək…

İyunun 9-dək hava şəraiti qeyri-sabit olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar əhalinin hündürmərtəbəli binaların, iri gövdəli ağacların, təhülkə yarada biləcək hasarların yanında durmağı məsləhət görülmür”, deyə nazirlikdən bildirilib.