“Ukrayna ilə bağlı üçtərəfli danışıqlar hazırda dayandırılıb və nə vaxt bərpa olunacağı məlum deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
“Danışıqlara hazırda fasilə verilib. Ehtimal ki, yenidən başlayacaq, amma nə vaxt olacağı hələlik bəlli deyil. Bundan əvvəl tərəflərin nə etməli olduğu aydındır.
Əlbəttə ki, ilk növbədə Ukrayna tərəfi – növbəti mərhələnin uğurlu olmasını təmin etmək üçün nə edəcəyini bilir”, – deyə Uşakov bildirib.
Əliyar Xəlil
Globalinfo.az