Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyski nəslinin nümayəndəsi vəfat edib.
Globalinfo.az bildirir ki, APA-nın xəbərinə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat yayıb. O qeyd edib ki, Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun haqq dünyasına qovuşub.