ETX vətəndaşlara xəbərdarlıq etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara elektron poçt üzərindən fişinq hücum cəhdləri barədə xəbərdarlıq edib.

Globalinfo.az-ın xəbərinə görə, bildirilib ki, vətəndaşlar daxil olan məktubların fişinq məktubları olmasını asanlıqla müəyyənləşdirə bilər. Bunun üçün aşağıdakılara diqqət etmək kifayətdir.

1) Bəsit və ümumi məzmunlu başlıq;

2) Həvəsləndirici hədiyyə vədləri;

3) Fərdi məlumat istəyən e-poçt məktubu;

4) Orfoqrafik və qrammatik səhvlər;

5) Şübhəli keçidlərə yönləndirmə;

6) Təcili cavab verməyinizi tələb edən sonluq varsa, böyük ehtimalla fişinq cəhdi ilə üz-üzəsiniz.

Müvafiq təhlükə ilə qarşılaşan şəxslər “1654” qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə ETX-yə müraciət edə bilər.