Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı hansı platformanın daha həyat qabiliyyətli olduğunu açıqlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda 3+3 formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı mövcud platformalardan hansının daha həyat qabiliyyətli olması ilə bağlı suala cavab verib.
Rusiyalı nazir bildirib ki, harada Azərbaycan və Ermənistan razılığa gələ bilərlərsə, həmin platforma daha canlıdır:
“Əgər onlar birbaşa (vasitəçisiz-red) razılığa gələ bilsələr, biz ancaq şad olacağıq”.
Lavrov Azərbaycan və Ermənistana bu gün 3+3 platformasının istifadə etməyi təklif olunduğunu xatırladıb:
“Ermənistan və Azərbaycanın qonşularının bu fomatda görüdüklərini nəzərə alsaq, bu təbii olardı. Lakin bu barədə qərarı Bakı və İrəvan verməlidir”.
X X X
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” əməkdaşlıq platforması təklif olunub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, burada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması vacibdir, lakin bu proses də Bakı ilə İrəvan arasındakı prosesə bağlıdır.
Lavrovun sözlərinə görə, Rusiya ilə İran bu istiqamətdə müsbət nəticələrə nail olmaq üçün əlindən gələni edəcək. Lavrov, həmçinin, Gürcüstanın da bu platformada gələcəkdə iştirak edəcəyinə ümid etdiyini əlavə edib.