ermeni seferberlik 1

Ermənistan hökuməti 2025-ci ildə müdafiəyə 1,7 milyard dollardan çox pul xərcləyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan maliyyə naziri Vahe Ovannisyan deyib.

O, hərbi xərclərin artırılmasının anonsunu verib.

Bir çox ekspertlər hərbi xərcləri daha da artırmağın zəruri olduğunu iddia ediblər. “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bildirib ki, hərbi xərclərini əvvəlki illərlə müqayisə etmək və artıma sevinmək lazım deyil:

“Lakin qonşu ölkənin (Azərbaycanın – red.) xərcləri ilə müqayisə etmək, fərqi azaltmaq və sonra hərəkət etmək lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: