“Ölkədə hakimiyyəti şeytan ələ keçirib, ona görə də Paşinyana qarşı ertirazların “müqəddəs mübarizə” adlandırılması təbiidir”.
Globalinfo.az xəbər verir ki, bunu həbsdə olan erməni müxalif Armen Aşotyan deyib.
“Mənim hərəkatdan gözləntilərim yüzminlərlə soydaşımızın gözləntiləri ilə eynidir. Ermənistan dövlətinin ləyaqətini bərpa etmək lazımdır. Bu məqsədlərə çatmaq üçün Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması çox vacibdir. Təəssüf ki, fiziki cəhətdən etirazların içərisində ola bilmirəm”, – Aşotyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az