ed zibili vedroneri xoti dezi n292193 1

İrəvanda geniş vüsət alan itaətsizlik aksiyalarında etirazçılar yolu zibil vedrələri, skuter, otla bağlamağa çalışıblar.

Globalinfo.az xəbər verir ki, Ermənistanın DOK partiyasının sədri Vardan Qukasyan əhalini yolların bağlanmasında daha keçilməz metodlardan istifadə etməyə çağırıb.

“Etirazları alqışlayıram. Küçələri bağlamaq istəyən gənclərə məsləhət vermək istəyirəm. Zibil vedrələri, otdan daha yaxşı variant var. Tikanlı məftillər, xüsusi kirpilər, daş maneələr var, yolu onlarla bağlayırsan, hərəkət bloklanır”, – V.Qukasyan bildirib.

Qeyd edək ki, Ermənistan sözügedən maneələrdən Qarabağın işğalı dövründə qurduğu “Ohanyan səddi”nin salınmasında istifadə etmişdi.

Globalinfo.az
Ayşən Mustafa

Paylaş: