Ermənistanda siyasi “partlayış” qaçılmazdır – Aşotyan

“Bütün bunlar Nikol hakimiyyətdə olduğu müddətdə davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu həbsdə olan erməni müxalifətçi Armen Aşotyan deyib.

O bildirib ki, Nikol sürətlə xalqının qanını tökərək özünü Uqanda, Zimbabve və ya Kamboca diktatorları ilə eyniləşdirilir.

“Qorxu Paşinyanın alətidir və hakimiyyəti saxlamaq üçün yeganə vasitədir. O, xalqı müharibə, itkilər, həbslər və işgəncələrlə qorxudur. Zamanında qrant hesabına yetişən iş adamları, hüquq müdafiəçiləri, Qərb səfirləri isə susmağa davam edirlər. Bütün bunlar Nikol hakimiyyətdə olduğu müddətdə davam edəcək. Və biz xalq olaraq onu baş nazir postundan atana qədər Paşinyan hakimiyyətdə qalacaq”.

Aşotyan Ermənistanda siyasi “partlayış”ın qaçılmaz olduğunu deyib.

“Ölkədə vəziyyət həqiqətən də partlayış həddindədir. Amma partlayış ən son variantdır. Ermənistanı düşdüyü bu vəzxiyyətdən xilas edəcək bir ssenarinin olması mümkündür”, – Aşotyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az