Rusiyanın parçalanacağı proqnozu Moskvanın agentləri tərəfindən bilərəkdən tirajlanır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə britaniyalı iqtisadçı Timoti Eş çıxış edib.
“Bir tərəfdən təbliğ edilir ki, Putinin sonu, yəni hakimiyyətdən getməsi yaxınlaşır, əvəzində isə hakimiyyətə Priqojin və Kadırovun simasında daha təhlükəli şəxsin gələcəyi ehtimalı artır. Digər tərəfdən isə Ukrayna savaşının Rusiyanı SSRİ kimi parçalayacağı, vətəndaş müharibəsi riskinin artacağı, yeni qeyri-stabil dövlətlər yaradacağı, nüvə gücünə çevriləcək bu dövlətlərin daxilində sosial və siyasi mübarizələrin başlayacağı informasiyası yayılır. Mən belə təbliğatın haradan qaynaqlanması məsələsinə ehtiyatla yanaşıram. Adətən belə təbliğatın aktuallaşdırılmasında rusiyayönlü agentlər və sülhməramlılar mühüm rol oynayırlar. Bu şəxslər həm də Ukrayna və Qərbi savaşda ittiham edib, Rusiya ekspansionizmi, imperializmi, eləcə də hərbi cinayətlərinə haqq qazandıran komandadırlar. İndi daha aydın başa düşürəm ki, bu hekayə Rusiya və onun agentləri tərəfindən Qərbin Ukraynanı silahlandırmasını dayandırması üçün ortaya atılır. Əslində məhz bu amil Rusiyanın müharibəni necə sürətlə uduzduğunun da göstəricisidir. Yəni Moskvanın agentləri faktiki olaraq Rusiyanın çöküşünü artıq təhdid rıçağına çevirərək istifadə edirlər” – deyə Eş özünün Ukrayna mətbuatında dərc olunmuş məqaləsində bildirib.
Turan
Globalinfo.az