
Ermənistan milli komandasının Farer adaları ilə oyunda məğlubiyyətindən sonra ölkənin Futbol Federasiyasının rəhbəri Armen Melikbekyanın istefası tələbi ilə aksiyalar keçirilib.
Globalinfo.az xəbər verir ki, azarkeşlər Millətlər Liqası oyunu öncəsi Respublika stadionuna yürüş ediblər və tribunalarda Melikbekyanın istefasını tələb edən şüarlar səsləndiriblər.
Fanatlar “Melikbekyan, get!” deyə qışqıraraq oyunun nəticəsinə etirazlarını bildiriblər. Çoxlu sayda polis stadionun yaxınlığına toplaşıb.
Hazırda fan-klubların nümayəndələri Respublika stadionundan naməlum istiqamətə yürüş təşkil edirlər.
Müşviq Tofiqoğlu
Globalinfo.az