Ermənistana “bayraq sancıldı”, səfir belə reaksiya verdi

“Ermənistan bizim üçün “arxa bağça” deyil, o, dost ölkədir”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.

“Ermənistan heç kimin “bağça”sı deyil. O, suverenliyi Fransa tərəfindən dəstəklənən dost ölkədir”, – səfir vurğulayıb.

Xatırladaq ki, “Politico” nəşri bir müddət öncə “Fransa Rusiyanın “arxa bağça”sına bayraq sancaraq Ermənistanla silah müqaviləsi bağlayır” başlıqlı məqalə dərc edib. “Arxa bağça” ifadəsi isə forpost termini ilə eyni mənanı daşıyır. Ermənistanın gah Rusiyanın, gah da Qərbin forpostu olması isə heç kimə sirr deyil.

Əliyar Xəlil
Globalinfo.az