Erməni özünü yandırmaq istədi, polis alov “verdi” – VİDEO

Ermənistanda adı açıqlanmayan şəxs hökumət binasının qarşısında özünü yandırmağa cəhd edib.

Globalinfo.az xəbər verir ki, o, Nikol Paşinyanın rəhbərliyi ilə hökumət iclasının keçirildiyi binanın qarşısına gələrək üzərinə benzin töküb.

Vətəndaş “Ermənisiz Ermənistan proqramı həyata keçirilir” sözlərini özünü yandırmağa çalışıb.

Polis dərhal müdaxilə edərək cəhdin qarşısını alıb. Hadisə zamanı polisin həmin şəxsi siqaret çəkərək tutmağa çalışması gülüş doğurub.

Ayşən Mustafa
Globalinfo.az