Ermənistan və Fransa yeni sazişlər imzaladı

Ermənistan müdafiə naziri Suren Papikyan və Fransa müdafiə naziri Sebastyan Lekornu İrəvanda yeni əməkdaşlıq sazişləri imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.