b11c8e7ff8b8c83d2d1d276858e31ea4a73113438fb41b306cc840d76c47

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanda azərbaycanlıların görüntülərinin yayılması ilə bağlı məsələyə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasında qeyd olunub ki, videolarda əks olunan şəxslər etnik azərbaycanlılar olmaqla yanaşı, Rusiya vətəndaşlarıdır. Onlar ölkə ərazisinə Baqrataşen sərhəd-keçid məntəqəsindən daxil olublar və səfərləri şəxsi xarakter daşıyıb.

Məlumata görə, həmin şəxslər daha əvvəl – 2013 və 2014-cü illərdə də Ermənistana səfər ediblər. MTX hazırda məsələ ilə bağlı yayılan görüntüləri və məlumatları araşdırır.

Tahir Turan
Globalinfo.az

Paylaş: