Ermənistan sərhədə qadınları yığır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qadın hərbçilərin sayı 2023-cü ildə 9% artıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Xidmətin direktoru Armen Abazyan parlamentdə Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında deyib.

O bildirib ki, 2022-ci illə müqayisədə MTX sərhəd qoşunlarında qadın əsgərlərin sayı təxminən 9%, 2021-ci illə müqayisədə isə təxminən 20% artıb.