“Ciliza kəndinin guya demarkasiya prosesi çərçivəsində Gürcüstana veriləcəyi ilə bağlı məlumatlar yanlışdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
Onun sözlərinə görə, Ermənistanın suveren ərazisinin hər hansı hissəsinin başqa dövlətə verilməsi ilə bağlı planı yoxdur.
“Bu cür iddialar əvvəllər olduğu kimi indi də, gələcəkdə də əsassız və uydurma kimi rədd ediləcək”, – deyə rəsmi bildirib.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan 27 apreldə hökumətin Gürcüstanla sərhədin demarkasiyasının başa çatdırılması məsələsini gündəmdə saxladığını bildirmişdi.
Safura Bənnayeva
Globalinfo.az