Ermənistan parlamentində dava: deputat al qan içində qaldı – VİDEO / YENİLƏNDİ

12:53

Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Mher Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, parlamentin iclasından əvvəl Saakyan və “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında dava olub.

Vardanyanın üzü qan içində olub və xəstəxanaya yerləşdirilib.

Hadisə baş verən zaman parlamentin spikeri Alen Simonyan da orada olub.