Ermənistanı idarə edən şəxs bu binada oturub – Karapetyan

“Ermənistan hakimiyyətinin KTMT və Avrasiya İqtisadi İttifaqı istiqamətində atdığı addımlar dövlətimiz üçün fəlakətli nəticələr verə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

O, Ermənistanın Cənubi Qafqazda söz sahibi olmaq haqqını itirdiyini bildirib:

“44 günlük müharibədən əvvəl regionda Ermənistanın problemi həll etmək hüququ var idi. İndi onun regionda təsirini saxlamaq üçün yalnız bir rıçaq var, bu,  Ermənistan ərazisində yerləşən Rusiyanın 102-ci hərbi bazasıdır. Həmin baza buradan çıxan kimi Ermənistanla heç kim maraqlanmayacaq.

KTMT ilə bağlı aparılan proses Ermənistan üçün təhlükəli oyundur, amma oynayan tərəf İrəvan deyil, o, sadəcə pultun başına yerləşdirilib. Oyunun əsas lideri ABŞ səfirliyində oturub”.

Ayşən Mustafa
Globalinfo.az