Ermənistan ordusu sərhəddə təxribata hazırlaşır – Politoloq

“Nikol Paşinyanı Cənubi Qafqazda “demokratiya qalası” adlandıranlar utanırmı? Göründüyü kimi, Paşinyan aqressiv siyasət ortaya qoyaraq Brüssel formatından imtina edir, Qarabağla bağlı əlavə şərtlər irəli sürür”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O bildirib ki, N.Paşinyan demokrat maskası altında yeni hərbi təxribatlara hazırlaşır:

“Azərbaycan əraziləri “demokrat” Levon Ter-Petrosyanın hakimiyyəti illərində işğal olundu. Paşinyan Ter-Petrosyanın yetirməsidir və demokrat cildinə girib Azərbaycan ərazilərinin işğalına çalışır. Yenidən hərbi təxribatlara hazırlaşır”.

M.Əsədullazadə Paşinyanın Şuşada yallı getməsini, “Qarabağ Ermənistandır” deməsini xatırladıb:

“Başqa ölkənin ərazisinin işğalını dəstəkləyən şəxs necə demokrat ola bilərmi?! Ümumiyyətlə, erməni cəmiyyəti hara, demokratik ənənələr hara!

Bəzi xarici qüvvələr və onların əlaltıları utanmadan Azərbaycanı Rusiya ilə birgə olub Paşinyana təzyiq göstərməkdə ittiham edirlər. Bəs demokratik ölkə Fransanı niyə ittiham etmirlər ki, o, Nikolla əlbir olub digər ölkənin ərazilərinin işğalına çalışır. Bu qədər idbar yanaşma olarmı? Qərbin təxribatçı mərkəzlərinə tabe olanlar üçün hakimiyyət sevdası Vətən və ərazi bütövlüyündən irəlidə gəlir”.

Ayşən Mustafa
Globalinfo.az