photo 2025 10 05 18 12 11

“Mən HƏMAS-a inanmıram, mən Trampa inanıram, ABŞ-a inanıram”.

Globalinfo.az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar “Bild” nəşrinə müsahibəsində deyib.

Nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında əsirlərin azad edilməsi və atəşkəs razılaşmasının əldə olunması mümkündür.

“Ümid edirəm ki, buna çox yaxınıq. Biz girovlarımızı evə qaytarmaq üçün mümkün qədər tez razılaşma əldə etməyə çalışırıq. Bu, təbii ki, atəşkəsin başlanması anlamına da gələcək”, – Saar deyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: