Ermənistan NATO-ya qoşulacaq? – Paşinyan AÇIQLADI

“Hazırda Ermənistanın NATO-ya qoşulması ilə bağlı məsələ müzakirə olunmur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində deyib.

“Biz NATO-ya üzvlük məsələsini müzakirə etməmişik və etmirik. Bizim NATO ilə tərəfdaşlıq münasibətlərimiz var və burada yeni heç nə yoxdur. Ermənistan ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. İndi ölkədə KTMT-yə qoşulmağın respublikanın maraqlarına uyğun olub-olmadığı müzakirə olunur”, – Paşinyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az