İrəvanla danışırıq, aydınlıq gətirəcəklər – Peskov

“Ermənistanın KTMT-dən çıxmaqla bağlı mövqeyinə aydınlıq gətirilməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim erməni tərəfdaşlarımızla tez-tez təmaslarımız olur. Təbii ki, bu məsələni aydınlaşdıracağıq. KTMT baxımda ortada belə mövqe yoxdur. Biz İrəvanla əlaqə saxlayacaq və bu barədə məlumat alacağıq”, – Peskov bildirib.

Xatırladaq ki, bundan öncə Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakını müvəqqəti olaraq dondurduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az