pasinyan telefon

“Rusiyalı hakerlərin Paşinyanın ofisinin məlumat bazasına hücumu ilə bağlı məlumatlar yoxlanılır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan hökuməti başçısı aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan deyib.

“Hazırda bu barədə heç bir məlumat və rəsmi təsdiqimiz yoxdur”, – deyə  Xaçatryan vurğulayıb.

Xatırladaq ki, daha öncə rus haker qruplarından biri FTP transfer sistemi vasitəsilə Paşinyanın ofisinin məlumat bazasına nüfuz edə bildiyini açıqlayıb. Hakerlər 48 saat ərzində Ermənistan hökumətindən  2,5 milyon dollar köçürməsini tələb ediblər, əks halda məlumatları məhv edəcəkləri ilə hədələyiblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: