Bakı ilə imzalanan sənəd Ermənistan parlamentinə göndərildi

Ermənistanın Nazirlər Kabineti Azərbaycanla sərhədin delimitasiyası üzrə reqlamenti ratifikasiya üçün Milli Məclisə göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak“ nəşri məlumat yayıb.

Nəşr yazır ki, sənədin təqdim edilməsinə baxmayaraq, ratifikasiya müzakirələrinin nə zaman keçiriləcəyi bəli deyil.

Qeyd edək ki, bundan öncə reqlament təsdiq Ermənistan Konstitusiya Məhkəməsinə təqdim olunmuşdu.