
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə (MTX) tabe sərhəd qoşunlarının bir hərbi qulluqçusu – müddətli xidmət əsgəri xidmətdə olduğu avtomatdan açılan atəş nəticəsində ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.
Hərbçinin minaya düşmədiyi, avtomatdan açılan atəş nəticəsində öldüyü bildirilir. Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün cinayət işi açılıb və ilkin istintaq tədbirləri aparılır.
***
19:13
Ermənistanın sərhəd xidmətinin hərbçisi Sünik bölgəsində mina partlaması nəticəsində həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.
Hadisənin necə və hansı şəraitdə baş verdiyi barədə ətraflı məlumat verilmir.
Ermənistan İstintaq Komitəsindən faktla bağlı cinayət işinin açılması barədə məlumat verilib.
Aysel Əliyeva
Globalinfo.az