pasinyan 2

Keşiş Baqrat Qalstanyan deyib ki, beynəlxalq vasitəçilər olmadan Bakı ilə danışıqlar aparmaq doğru deyil. Məlum olduğu kimi hazırda onun rəhbərliyi ilə hakimiyyətə qarşı etiraz aksiyaları keçirilir.

Bu vəziyyətdə Baqratın açıqlamaları nəyə hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Baqratın səsləndirdiyi fikirlər o qədər də əhəmiyyətli deyil:

“Keşiş Baqrat Ermənistanda müəyyən hadisələrə yön vermək gücünə sahibdir. Amma həlledici fiqur deyil. Heç bir halda Ermənistan hakimiyyətini təmsil etmir. Onu keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın maliyyələşdirdiyini düşünürəm”.

Siyasi şərhçinin fikrincə, Baqrat oyununda Rusiyanın da əli var:

“Nikol Paşinyan bu sınaqdan qalib çıxacaq. Baqratın nəyəsə nail ola biləcəyini düşünmürəm. Ermənistan hakimiyyəti Azərbaycanla birbaşa təmaslara da üstünlük verir. Rusiyadan imtina edir, Fransanın da adını az çəkir, ATƏT-in Minsk qrupunun olmadığını etiraf edir. Beynəlxalq vasitəçi məsələsi olmadan birbaşa danışıqlar aparılacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: