Mirzoyandan sülh sazişi haqda bir yaxşı, bir pis xəbər

“Sülh sazişi sadəcə günün sonunda atəşkəsə nail olmaq deyil, həmçinin insanların və malların rahat hərəkətinin təmin edilməsi deməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, kommunikasiya xətlərinin bərabər prinsiplər əsasında aparılmalı olduğunu bildirib:

“Kommunikasiyaların açılması ölkələrin suverenliyi, bərabərlik və qarşılıqlı prinsiplər əsasında həyata keçirilməlidir. Əgər Azərbaycanın Ermənistan rabitə və dəmir yollarına çıxışı varsa, o zaman Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə etmək imkanına malik olmalıdır.

Biz danışıqlar prosesinin davam etdirilməsində maraqlıyıq. Ümid edirik ki, Bakı da gələcəkdə görüş və müzakirələri davam etdirməyə razı olacaq. Sülh müqaviləsi ilə bağlı bəzi məsələlərdə müəyyən geriləmə olsa da, irəliləyiş var”.

Əliyar Xəlil
Globalinfo.az