Ermənistan bir “malades”ə İsrailin hədəfinə çevrildi: İrəvanın gedişi nəyə hesablanıb?

A protester holds an Armenian national flag next to a placard with a Palestinian flag as students participate in a “Walkout to fight Genocide and Free Palestine” at Bruin Plaza at UCLA (University of California, Los Angeles) in Los Angeles on October 25, 2023. Thousands of people, both Israeli and Palestinians have died since October 7, 2023, after Palestinian Hamas militants based in the Gaza Strip, entered southern Israel in a surprise attack leading Israel to declare war on Hamas in Gaza the following day. (Photo by Frederic J. BROWN / AFP) (Photo by FREDERIC J. BROWN/AFP via Getty Images)

Ermənistan Fələstin dövlətinin müstəqilliyini tanıyıb. Qərar sonrası İsrail Xarici İşlər Nazirliyi Ermənistanın bu ölkədəki səfirini çağırıb. Bildirilib ki, İrəvanın diplomatik missiyasının rəhbəri “sərt etiraz bildirilmək üçün” dəvət olunub. Buna səbəb Ermənistanın Fələstini suveren dövlət kimi tanıması olub.

HƏMAS hərəkatı isə Fələstin dövlətini tanımaq qərarına görə Ermənistana təşəkkür edib.

Ermənistanın indiki məqamda Fələstinin müstəqilliyini tanımasının səbəbi nədir? Rəsmi İrəvan, Bakı-Təl-Əviv strateji tərəfdaşlığına və İsrailin 44 günlük müharibədə Azərbaycana verdiyi siyasi, diplomatik dəstək bu addım ilə cavab verir? Ermənistanın belə bir addım atması Qərbdən gələn təlimat əsasında baş verir?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, hazırda Qəzza müharibəsi səbəbi ilə dünyada Fələstin dövlətinin tanınması mövzusu yenidən aktuallaşıb:

“Ötən ay bir neçə Avropa ölkəsi Fələstin dövlətini tanıyacağını elan etdi. Daha sonra Slovaniya, İrlandiya, İspaniya və Norveç Fələstin dövlətini tanıdıqlarını elan etdi.

İndiki məqamda Ermənistanın Fələstin dövlətinin müstəqilliyini tanıyacağı bəlli idi. Yəni bu addım heç də gözlənilməz olmadı. Çünki hazırda bütün dünyada bu proses gedir.

O ki, qaldı Ermənistanın bu addımı Qərbin tələbi ilə atmasına, bu o qədər də inandırıcı deyil. Çünki bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Qəzzaya 30 ton yardım göndərdi. Düşünürəm ki, bununla Ermənistanın dünyada baş verən proseslərə laqeyd olmadığı, haqlı tərəfi dəstəklədiyi imici yaradılmağa çalışılır. Bundan başqa İrəvan həm də ərəb ölkələrinin dəstəyini qazanmaq istəyir.

Məlum olduğu kimi, Ermənistan ilə körfəz ölkələri arasında münasibətlər son illərdə inkişaf edir. Və nəhayət, İsrailə qarşı demarş var. Əlbəttə, İrəvanın qərarı İsrail üçün ciddi problem yaratmır. Ancaq əlbəttə, belə qərarlara həssas yanaşırlar. Güman edirəm ki, Təl-Əviv-İrəvan münasibətləri daha da pisləşəcək”.

Turan Rzayev
Globalinfo.az