ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Azərbaycan–Ermənistan münaqişəsinin yaxın vaxtlarda uğurla həll olunacağını bildirib.
Globalinfo.az xəbər verir ki, görüş Ağ Evin “YouTube” kanalında yayımlanıb.
“Daha bir məsələninin həlli yaxındır. Söhbət Azərbaycan və Ermənistan məsələsindən gedir. Görünür bu, uğurla başa çatmaq üzrədir”, – deyə Tramp vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak da bir müddət əvvəl bəyan etmişdi ki, Vaşinqton Bakı və İrəvan arasında danışıqlarda irəliləyiş müşahidə edir.
Tahir Turan