“Türkiyə və Ermənistan arasında bir çox məsələlərdə razılıq var”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.
“Diaspor Paşinyan administrasiyası üçün problemdir. Ermənistan-Türkiyə münasibətlərindəki ssenarini rəsmi Ankara yazır”, – o bildirib.
Papazyan Paşinyanın erməni xalqını aldatdığını iddia edib. Onun sözlərinə görə, Nikol hakimiyyətə gəldikdən sonra verdiyi vədlərə əməl etməyib:
“İnsanlar artıq oyanmalıdır. Hələ ki gec deyil, amma sabah çox gec ola bilər. Diasporu parçalamaqla Paşinyan Ermənistanı xaricdə zəiflətdi”.
Onun sözlərinə görə, İrəvan diaspora qarşı getməklə həm də erməni dövlətçiliyinin əsaslarını laxladır.
Maraqlı məsələ isə 2018-ci ildə Paşinyanı müdafiə edən Papazyanın indi onun milli dəyərlərin məhvi üçün hakimiyyətə gəldiyini deməsi olub:
“Ermənistan və Qarabağın (Xankəndidəki separatçı rejim nəzərdə tutulur – red.) təhlükəsizliyi, Türkiyə və Azərbaycana qarşı mübarizə dəyərləri arasında birlik olmalıdır. O, hakimiyyətə gəldikdən sonra bunlara qarşı mübarizə apardı. Onun siyasəti Ermənistanı müharibəyə gətirib çıxardı. 3-4 il sonra Ermənistan iqtisadiyyatına Türkiyə rəhbərlik edəcək. Ermənilər Türkiyə və Azərbaycan şirkətlərində çalışacaqlar. Ermənistan da bizim olmayacaq, sadəcə, ermənilərin yaşadığı torpağa çevriləcək”.
İlkin Həsənov
Globalinfo.az