Ermənilər Qarabağda qanunsuz daşımaları davam etdirir – VİDEO

Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.

Globalinfo.az xəbər verir ki, təqdim olunan yeni videoda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlılarının zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.